Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması davam edir.
APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Dağlıq Qarabağdakı atəşkəs rejiminə riayət olunmasından danışan Rusiya XİN-in rəsmisi qeyd edib ki, əldə olunan razılığın sözsüz həyata keçirilməsinin icra olunmasını təmin etmək vacibdir: “Biz məmnunluqla bildiririk ki, Rusiyanın vasitəçilik səyləri dayanıqlı atəşkəsə nail olmağa imkan verib. Rusiya sülhməramlı qüvvələrinin təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilməsi, Ermənistan qoşunlarının isə Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması davam edir”.