Ermənistan ordusu 27 il işğal altında saxladığı Ağdam rayonunu tam şəkildə tərk edib.
Bu barədə Rusiya sülhməramlı missiyasından açıqlama verilib.
Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də işğal olunmuşdu. BMT Təhılükəsizlik Şurasının 854 saylı qətnaməsi erməni qüvvələrindən rayonu qeyd-şərtsiz tərk etməyi tələb edirdi.
Rayonun azad edilməsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli razılaşmasına əsasən, nəzərdə tutulmuşdu.
modern.az