Paşinyanın istefası tələb olunur: xəyanət edib

DÜNYA
12:28 / 21.11.2020
1090

"Ermənistanın Baş naziri Nikol Paşinyanın komandasını yeniləməsi mənasızdır".

Bu barədə erməni ekspertlər bildirib. İdarəetmə üzrə ekspert Serob Antinyan hesab edir ki, məmurların istefası heç nəyi dəyişməyəcək. Çünki problem idarəetmə ilə bağlı deyil. “Bu siyasi böhrandır” deyə o əlavə edib.

Müşahidələr göstərir ki, Paşinyan Qarabağdakl məğlubiyyətə görə ölkədə artan narazılığı minimuma endirmək üçün komandasında təmizləmələr aparması heç bir effekt vermir. Baş nazirin istefası hələ də Ermənistanın siyasi gündəminin əsas məsələsidir.

“Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Çarukyan deyir ki, Paşinyanın istefası zərurətə çevrilib. “Çünki dünyada heç vaxt hakimiyyət başında olan şəxsin, ali baş komandanın bu dərəcədə biabırçı məğlubiyyətə uğraması və danışıqlar aparmaq fürsəti tapması halı baş verməyib”, - deyə Çarukyan bildirib.

Onun fikrincə, Paşinyan milli maraqlara xəyanət edib. “Ancaq ölkə rəhbərliyi utancverici məğlubiyyətdən, eyni dərəcədə biabırçı razılaşmalardan və bu qədər qurbandan sonra vəzifələrindən ayrılmaq istəmirlər.

Əgər kimsə mənə bundan sonra danışıqların aparılmasının mümkünlüyünü sübut etsə, o zaman cavab verəcəyəm - bu mümkün deyil. Paşinyan ən qısa zamanda istefa verməlidir. Hər dəqiqə bizə qarşı işləyir”.

1
Yenisabah.az