Ermənilərin terrorçu "rahib"i - FOTO

DÜNYA
15:56 / 21.11.2020
1479

Azərbaycanın İstanbuldakı sabiq baş konsulu İbrahim Nəbioğlu sosial media hesabından Ermənistanın din xadimi ilə bağlı paylaşım edib.

Paylaşımda Kəlbəcər rayonunda yerləşən Dadivank monastrının rahibi Hovanes Havanisyanın əli silahlı formada fotosu əks olunub. 

Fotodan məlum olduğu kimi, Hovanes Havanisyan 28 il bundan əvvəl Qarabağda Azərbaycanlı dinc əhali qətlə yetirib.

Sabiq baş konsul fotonu belə şərh edib: “Sizin hər şeyiniz saxtadır - ölkəniz, tarixiniz, həbəşlərdən oğurladığınız əlifbanız. Ən pisi isə mənəviyyatınızın, məsumiyyətinizin saxta olmasıdır. Din insanları belə Ermənistanda saxtadır”.      

0