Türkiyənin “A Haber” kanalı işğaldan azad edilən Kəlbəcərdə saxta erməni tarixini sübut edən videomaterial təqdim edib.
Xəbər proqramında yayımlanan süjetdə Azərbaycan Ordusu tərəfindən “tarixi abidə” hazırlayan müəssisənin aşkar olunduğu qeyd olunub.
Vurğulanıb ki, müəssisədə ustalar daşları bəzəyir, üzərinə xaçlar oyur və tarixi əsər adını qazandırmaq üçün sirkədə saxlayırlar. Daha sonra torpağa basdırılan “abidə”lər arxeoloqlar tərəfindən aşkarlanır və ictimaiyyətə ərazinin ermənilərə məxsus olduğunu deyirlər.
Qafqazinfo.az