İlham Əliyev Putinlə tarixi bəyanatdan DANIŞDI

SİYASƏT
22:31 / 24.11.2020
1982

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

HİT.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Telefon danışığı zamanı Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə Bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib, davamlı atəşkəs rejimindən, Rusiya sülhməramlı missiyasının rəhbərliyi ilə Azərbaycanın müvafiq strukturlarının rəhbərliyi arasında sıx əlaqələrin yaradılmasından məmnunluq bildirilib.

Dövlət başçıları, həmçinin azərbaycanlı və erməni əhaliyə humanitar yardım göstərilməsi məsələlərini müzakirə ediblər. Söhbətin gedişində 10 noyabr tarixli birgə Bəyanatın bəndlərinə müvafiq olaraq nəqliyyat infrastrukturunun inşası və nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edilib. Regionda uzunmüddətli sülhün təmin ediləcəyinə əminlik bildirilib.

1