Kəlbəcər azaddır - Ordumuz rayona daxil oldu

ÖLKƏ
08:07 / 25.11.2020
3708

Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub

HİT.Az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi Məlumat yayıb.

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

0