Bakıda 5 yeni mübadilə mərkəzi tikiləcək - RƏSMİ

ÖLKƏ
11:06 / 25.11.2020
873

Bakı şəhərində 5 yeni böyük nəqliyyat mübadilə mərkəzinin təşkil olunması, şəhər və qəsəbələrdə isə 6 kiçik habın yaradılması planlaşdırılır.

Bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev deyib.

Onun sözlərinə görə, belə bir böyük nəqliyyat mübadilə mərkəzi ötən ilin sentyabr ayında Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə metronun "Koroğlu" stansiyasının yaxınlığında təşkil olunub ki, bu da çox vacib amillərdəndir.

"Məlumdur ki, ictimai nəqliyyat sistemində bu, yenilik kimi qəbul oluna bilər. Bu təşəbbüs bir çox Avropa ölkələrində tətbiq olunur. Şəhərətrafı kəndlərdən, qəsəbələrdən gələn vətəndaşlar öz şəxsi nəqliyyat vasitələrini belə orada park edərək ictimai nəqliyyatdan istifadə yararlanırlar ki, bu da şəhərin mərkəzi hissələrində tıxacların qismən seyrəldilməsinə səbəb olur", - deyə A. Əliyev qeyd edib.

0
modern.az