Kəlbəcərin peykdən çəkilən FOTOLARI

ÖLKƏ
13:02 / 25.11.2020
2210

“Azərcosmos” bu gün azad edilən Kəlbəcər rayonunun peyk görüntülərini yayıb.

Yenisabah.az xəbər verir ki, Kəlbəcər rayonunun işğaldan azad olunduqdan sonrakı təsvirləri “Azersky” peyki ilə çəkilib.

Qeyd edilib ki, işğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni vandalları tərəfindən xarabalığa çevrilib.

Rayonun ərazisindəki Qafqaz Albaniyası memarlığının nümunəsi olan “Xudavəng” və “Gəncəsar” monastır kompleksləri ermənilərin təcavüzünə məruz qalıb.

0