Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə paylaşım edilib
Yenisabah.az-ın məlumatına görə, paylaşımda deyilir:
"Hörmətli həmvətənlər!
Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"