Ərdoğan Putinlə telefon danışığının detallarını açıqladı

SİYASƏT
14:50 / 25.11.2020
1490

"Dağlıq Qarabağda 30 il davam edən işğal sona çatıb".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O təəssüflə qeyd edib ki, 10 noyabrda Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan bəyanata baxmayaraq, ATƏT Minsk qrupunun həmsədri olan bəzi ölkələr bu razılaşmadan narahatdırlar:

“Onların narahatlığının heç bir əhəmiyyəti yoxdur. Türkiyə, Azərbaycan və Rusiya bölgədə sülhün və sabitliyin olması üçüm çox ciddi addımlar atıb və bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanır və bu gün səhər saatlarında işğal edilmiş Kəlbəcər azad edildi”.

R.T.Ərdoğan qeyd edib ki, dünən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Qarabağada sülhün və sabitliyin möhkəmlənməsi istiqamətində fikir mübadiləsi aparıb:

"Dünən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığımız baş tutdu. Cənab Putinlə hansı addımları ata biləcəyimizi müzakirə etdik. Putinlə danışıqlardan sonra Rusiya-Türkiyə-Azərbaycan olaraq bu proses içində bölgəyə sülhü gətirəcək addımları atmış oluruq. Bunu daha da inkişaf etdirmək şansımız da var”.

0
yenisabah.az