Sosial şəbəkələrdə Kəlbəcərdən olan yaşlı qadının videogörüntüləri paylaşılıb.
Görüntülərdən aydın olur ki, qadın illərlə içindəki ümidi qoruyub, bir gün öz doğma yurduna qayıdacağından o qədər əmin olub ki, evinin açarlarını mühafizə edib.
Qadın sandığını və Kəlbəcərə qayıdanda geyinməyi planlaşdırdığı pencəyini də saxlayıb.
Video sosial şəbəkələrdə böyük rəğbət qazanıb.