“Azərsığorta”nın keçmiş sədri vəfat etdi

ÖLKƏ
17:30 / 25.11.2020
945

Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) keçmiş sədri Məmməd Məmmədov vəfat edib.

Bu barədə “Report”a şirkətin sədr müavini Aftandil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, keçmiş sədr bu gün 80 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, M.Məmmədov “Azərsığorta”da 1993-2020-ci illərdə rəhbərlik edib, Prezident İlham Əliyevin bu il martın 13-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub.

0