Ermənistanda aksiya başladı – VİDEO

DÜNYA
12:44 / 26.11.2020
1192

Ermənistanın ictimai-siyasi fəalları parlament binası qarşısında etiraz aksiyası keçirir. 

Yenisabah.az xəbər verir ki, aksiya deputatların Paşinyan hökumətinin yalanlarına şərik olmasına etiraz məqsədi daşıyır. “Deputatlar, siz deyirsiniz ki, xalq baş verənlərin əleyhinə deyil. Bu həyasızcasına deyilmiş yalandır”, - aksiya iştirakçıları bildirir.

Aksiya içtirakçıları xüsusilə hakim “Mənim Addımım” fraksiyasından olan deputatları hədəfə alıb.

“Xalq hakimiyyətə qarşı çıxaraq sizləri lənətləyir. Etiraz edənlərin sayı durmadan artır. Hərbi rejimi hələ də saxlamaqla bizi susdurmağa çalışırsınız. Amma bunu edə bilməyəcəksiniz. Hərbi rejimi ləğv edin, kürsülərinizdən imtina edin ki, həyatınızı boyu satqın damğası ilə yaşamayasınız”, - aksiya iştirakçıları deyir.

Aksiya iştirakçıları əllərində “İstefa!”, “Hər şeyə görə cavab verəcəksiniz!”, “Ayıb olsun!” yazılmış plakatlar tutublar.

Əraiziyə çoxlu sayda polis cəlb olunub. Aksiya hələ davam edir.

0