Fransa Qarabağ münaqişəsinin həllində maraqlı deyil, problemin bir hissəsi olduğunu növbəti dəfə göstərdi.
HİT.Az xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar açıqlamasında bildirib.
“Fransa Senatının qərarı Qarabağ probleminin 30 ildir nə səbəbə həll olunmadığının bariz göstəricisi oldu. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi qərəzsiz olmalıdır. Bu qərar isə bunun belə olmadığını, Fransanın Qarabağla bağlı həllin deyil, problemin bir hissəsi olduğunu bir daha nümayiş etdirdi”, - deyə Hulusi Akar bildirib.