UEFA-dan Nurlan İbrahimovla bağlı ŞOK QƏRAR

İDMAN
19:00 / 26.11.2020
1433

UEFA “Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı yekun qərarını verib.

Hit.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, N.İbrahimov futboldan ömürlük kənarlaşdırılıb.

Dağlıq Qarabağ münaqişəsi zamanı “Facebook” pofilində ermənilərlə bağlı paylaşım edən klub rəsmisi bu hərəkətinə görə sərt cəzaya məruz qalıb.

“Qarabağ” klubu da cəzadan qaça bilməyib. Belə ki, qitənin ali futbol qurumu Ağdam təmsilçisini 100 000 avro məbləğində cərimələyib.

Qeyd edək ki, UEFA daha əvvəl İbrahimova qarşı “İrqçi və digər ayrı-seçkilik davranışı” və “Əsas davranış qaydalarının pozulması” maddəsi ilə intizam işi açmışdı.

4