Ermənistan İstintaq Komitəsinin Şirak əyaləti üzrə idarəsində 36 yaşlı Rusiya Federasiyası vətəndaşının ölümü barədə materiallar hazırlanır.
Bu barədə shamshyan.com məlumat yayıb.
36 yaşlı Anton Pısokun cəsədi noyabrın 25-də aşkar edilib. İstintaq orqanlarının qərarı ilə cəsəd məhkəmə-tibbi ekspertizasına göndərilib.
Fotojurnalist Qaqik Şamşyan bildirib ki, Anton Pısok Gümrü şəhərində yerləşən 102 saylı Rusiya bazasının müqavilə əsasında xidmətdə olan hərbi qulluqçusu olub.
Oxu.az