Beynəlxalq Maliyyə İnstitutu (İİF) "Qlobal Borc Monitoru” adlı hesabatını açıqlayıb.
Hesabata əsasən 2020-ci ilin 3 rübü ərzində dünyada borclanmanın həcmi 15 trilyon dollar artaraq 272 trilyon dolları keçib. Bu isə o deməkdir ki, borc səviyyəsi dünya ÜDM-nin 363%-təşkil edir. Hesabatda inkişaf etməkdə olan ölkələrin borcunun 76 trilyon dollardan çox olduğu qeyd olunur. Hindistan, Çin, Cənubi Afrika, Braziliya və Türkiyə kimi ölkələrlə bağlı xüsusi narahatedici məqamlar hesabatda əksini tapıb. Bu sırada Çinin borcu ÜDM-i 3 dəfə üstələyir.
Avrozonada toplam borclar 1,5 trilyon dollar artaraq 53 trilyon dolları ötüb.
Bu arada qardaş Türkiyənin də toplam borc həcmi 422 mlrd. dollar təşkil edir.
İqtisadçılar hesab edir ki, qlobal borclanmanın bu səviyyədə olması dünya iqtisadiyyatı üçün təhlükəli məqamdır. Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun meyarlarına görə, hər hansı bir ölkənin borcu ÜDM-nin 80%-nə çatırsa, bu, ciddi təhlükə deməkdir, 100%-ni keçirsə, bu artıq müflisləşməyə yol açan durum sayılır.