O, Paşinyanın kapitulasiya sənədini imzalamasına mane olmaq istəmişdi

DÜNYA
11:10 / 27.11.2020
1590

Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Qarabağla bağlı üçtərəfli razılşamaya qarşı çıxıbmış. Modern.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.

Baş nazir Nikol Paşinyan noyabrın 9-da sənədi imzalamaq niyyəti barədə xarici işlər naziri Zoqrab Mnatsakanyan, müdafiə naziri David Tonoyan, Baş Qərargah rəisi Onik Qasparyan, baş nazirin müavini Tiqran Avinyan, spiker Ararat Mirzoyan və Qarabağ separatçılarının lideri Araik Arutunyana məlumat verib.

“Üçtərəfli müqaviləyə və kapitulasiya aktına yeganə zəif də olsa, müqavimət göstərən Ararat Mirzoyan idi. O, xalqın bunun hökumətə bağışlamayacağını söyləyirdi”.

Xatırladaq ki, 10 noyabr gecəsi Yerevandakı iğtişaşlar zamanı məhz Ararat Mirzoyan kütlə tərəfindən döyülmüşdü. O, bu günə kimi 2 dəfə cərrahiyyə əməliyyatına məruz qalıb.

0