Paşinyanın arvadı oğurluqda ittiham edilir - VİDEO

DÜNYA
15:01 / 27.11.2020
1715

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın saç ustası Sofya Xudoyan ona qarşı sərt ittihamlar səsləndirib. 

İttihamçı Akopyandan zinət əşyalarını qaytarmağı və sifariş etdiyi geyimlərin pulunu verməyi tələb edib.

Sofya Xudoyan bildirib ki, sosial şəbəkələrdə bununla bağlı paylaşımları Anna Akopyan tərəfindən sildirilir.

“Silmə, sən oyanana qədər mən dəfələrlə yazacam, Anna. Əgər şərəfin varsa, zəng edin, zinət əşyalarımı qaytarın, sifariş etdiyin geyimlərin pulunu verin. Bu, utancvericidir. Silməyin”.

Saç ustası yazıb ki, Annanın bu çirkin hərəkəti böyük səs-küyə səbəb olub. Lakin onun yazdığı statuslar hər dəfə olduğu kimi, yenə də silinəcək.

 

0