Erməni xalqı Paşinyana 2 gün vaxt verdi: Cavab olmasa...

DÜNYA
09:54 / 28.11.2020
1609


Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binası qarşısında etiraz aksiyası keçirən hərbi qulluqçuların yaxınlarını qəbul edib.

Ermənistan mətbuatı xəbər verir ki, görüşdən sonra aksiya iştirakçıları danışıqların nəticəsini açıqlayıblar.

Bildiriblər ki, Paşinyan ona daha iki gün möhlət verilməsini xahiş edib. Baş nazir noyabrın 30-da onların suallarına dəqiq cavablar verəcək.

"Paşinyan dedi ki, şəxsən zəmanət verir. Amma biz cavab verdik ki, buna inanmırıq. Onda o qeyd etdi ki, son cavabı 30 noyabrdan gec olmadan verəcək. Dedik ki, əgər 30 noyabra qədər son cavab olmasa, özümüz uşaqlarımızın (hərbçilərin -red) dalınca yola düşəcəyik.

Hər şey ona aparır ki, biz uşaqların sağ olmasına minnətdar olaq. Bizə deyirlər ki, səsimiz həlak olan hərbçilərin valideynlərindən daha uca çıxır. Ən yaxşı halda gözləyirik ki, uşaqlara məzuniyyət verəcəklər", - valideynlərdən biri bildirib.

Digər valideyn qeyd edib ki, onlar övladlarının Ermənistandakı hərbi hissəyə köçürülməsini tələb edirlər.

1
Yenisabah.az