Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər - AÇIQLAMA

ÖLKƏ
18:18 / 28.11.2020
2573

Son iki gündə Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı rekord həddə çatıb. Belə ki, noyabrın 27-də 3 712 koronavirusa yoluxub, 35 nəfər isə vəfat edib. Qardaş Türkiyə və digər ölkələrdə yoluxma sayı kəskin artığına görə bir neçə gün insanların çölə çıxmasına qadağa qoyulmuşdu. Bu təcrübə yoluxma sayı artma dinamikası ilə davam edərsə, Azərbaycanda da tədbiq edilə bilərmi? Yəni Azərbaycanda 4 gün və daha çox insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

HİT.Az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, nəyinki 4 gün 1 həftə belə qadağa qoyula bilər:

“Çünki yoluxanların sayı heç də ürəkaçan deyil. İnsanların bir neçə gün çölə çıxmasına qadağa qoyularsa, bu yoluxmaların sayına da müsbət təsir edəcək. Çünki hər hansı tədbir görülməsə gündəlik yoluxanların sayı 5000-nə çata bilər. Aprel ayındakı karantin rejiminə geri qayıtmaq lazımdır. Bu gün yoluxma mənbələri avtobuslardır. Aprel ayındakı “evdə qal” karantinə qayıtsaq bu insanların bir-biri ilə ünsiyyətinin azalmasına və avtobuslardakı sıxlığın aradan qaldırılmasına səbəb olacaq.

İnsanlarımız maskalardan düzgün istifadə etmir.Tibbi maskaların qoruması da cəmi 2 saatdır. Amma parça maskaların hər hansı bir virusdan qoruma imkanı yoxdur”.

7