Ermənistan Müdafiə Nazirliyində korrupsiya faktları ilə bağlı məlumatlar səngimir.
Vaxtaşırı erməni mediasında bu mövzuda sensasion məlumatlar tirajlanır.
Bildirilir ki, qanunsuz silah ticarəti ilə məşğul olan “Patron David” ləqəbli David Qalstyan adlı Ermənistan vətəndaşı ilə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan arasında əldə olunmuş razılıq əsasında Marşal adalarında “Mosston Engineering” adlı ofşor şirkət yaradılıb. Şirkərin yaradılması üçün Ermənistan Müdafiə Nazirliyindən 3.5 milyon dollar alınıb.
“Mosston Engineering” şirkəti fəaliyyəti dönəmində çirkli pulların yuyulması ilə məşğul olmaqla yanaşı İordaniyadan aldığı 27 milyon dollar məbləğində 60-cı illərdə istehsal olunan OSA Zenit raket komplekslərini, 50-ci illərin M55 zenit qurğularını, Qazaxıstandan aldığı 30 milyon dollar qarşılığında isə SSRİ-nin köhnə silahlarını alaraq yeni müasir silahlar kimi rəsmişləşdirib.
Eyni zamanda Türkiyə Respublikasının “Merkut Global Savunma Sanayi”, “Orion Muhimmat ve Dış Ticaret Limitted” şirkətləri “Mosston Engineering”in Qazaxıstandakı nümayəndəliyi vasitəsilə 10 milyon ədəd PK (Pulemyot Kalaşnikov) patronu və S-8 idarəolunmaz aviasiya raketlərinin alınması barədə danışıqlar aparıb.
David Qalstyan qanunsuz silah ticarətilə əlaqədar Rusiya, Latviya, BƏƏ və bir neçə basqa ölkələr tərəfindən persona non-qrata elan edilib. Eyni zamanda onun barəsində cinayət işi başlanaraq, beynəlxalq axtarışa verilib.
2012-ci ildə “Mosston Engineering” sirkəti ilə Latviyanın “Latspeceksport” şirkəti arasında baglanmis müqavilə əsasında Moldova istehsalı olan silah və sursatın Ermənistana deyil, Liviyaya göndərilməsi barədə dövlət arasında narazılıq yaranıb. David Qalstaynın sahibi olduğu digər şirkət “DG Arms” 2011-2013-cü illərdə Ukraynanın “Ukrinmaş” şirkəti vasitəsilə Liviyaya BƏƏ üzərindən silah və sursat satması səbəbilə BMT Təhlükəsizlik Şurası tərəfindən cəzalandırılıb.
David Qalstyanın adı Ermənistan Baş naziri Nikol Paşinyanla da hallanır. Ermənistanın Vatikanda səfiri olmuş Mikail Minasyan hətta Paşinya Qalstyanın korrupsiya sxemini də diqqətə çatdırıb.
“Ermənistanın Rusiyadan daxili qiymətlərlə silah almaq hüququ var. Daxili qiymətlər isə beynəlxalq qiymətlərdən 65 faiz ucuzdur. Paşinyan bunu bilən kimi öz dostu, “Patron David” ləqəbli hansısa David Qalstyanla birlikdə aşağıdakı sxemi düşüb:
Nikol Paşinyan David Qalstyana Müdafiə Nazirliyi adından silah sifariş vermək səlahiyyəti verir. Qalstyan tutaq ki, 100 ədəd silah sifariş verir. Sonra Ermənistan həmin silahların 60-nı David Qalstyanın offşor şirkətindən alır və həmin silahlar Ermənistana gətirilir. Sənədlərlə hər şey qaydasındadır. Yerdə qalan 40 ədəd silaha gəlincə, pulu əvvəlcədən ödənilən həmin silahlar Rusiyadan birbaşa üçüncü ölkələrə, məsələn, BƏƏ-yə göndərilir. Buradan isə dördüncü ölkəyə ötürülür.
Bütün mütəxəssislər bilir ki, silahların nömrələri ilə onun tarixşəsini öyrənmək mümkündür. Həmin silahalrın dördüncü ölkədə istifadəsindən sonra Rusiyada Ermənistana satılan silahların əslində hara göndərildiyindən xəbər tuturlar”, - deyə Minasyan bildirib.