Suqovuşan və Talışa çəkilən yollardan yeni FOTOLAR

15:23 / 30.11.2020
1547

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası işləri davam etdirilir.

HİT.Az xəbər verir ki,  ümumi uzunluğu 28.5 km olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq bərpa edilir. 2 geniş hərəkət zolağından  ibarət olacaq yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edəcək. 

Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km hissəsində torpaq yatağının və yol əsasının inşası işləri yekunlaşmaq üzrədir. Yol asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Bundan başqa hazırda Suqovuşandan Talış kəndinə doğru uzanan 7.5 km-lik yolun da tikintisi işlərinə start verilib.

0