Gəncə Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.
HİT.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Teymur Hacıyev vəzifəsindən azad edilərək Gəncə şəhər BPİ-yə rəis təyin edilib.
T.Hacıyev sabah kollektivə təqdim ediləcək.
Qeyd edək ki, bir neçə gün öncə Gəncə şəhər BPİ rəisi Əkbər İsmayılov paytaxt polisinə rəis təyin olunmuşdu.