“Oralar Azərbaycan əraziləridir. Biz ərazi bütövlüyümüzü təmin etmişik. Müvəqqəti olaraq əraziyə sülhməramlılar yerləşdirilib”.
HİT.Az Qazet.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, digər 4 rayonumuzda da Azərbaycan qanunları keçərlidir.
“Xocalı, Xankəndi, Xocavənd, Ağdərə Azərbaycan əraziləri olduğu üçün orada Azərbaycan qanunları keçərlidir. O cümlədən, Azərbaycanın milli valyutası da orada fəaliyyət göstərməlidir. Heç bir status-kvodan söhbət gedə bilməz. Müəyyən qədər vaxt lazımdır ki, bu məsələlər öz siyasi həllini tapsın. Sadəcə müəyyən qədər vaxta ehtiyac var”.