Gənc heykəltəraş Təbriz Soltanlı şəhid pilotumuz Rəşad Atakişiyevin büstünü hazırlayıb.
Bu barədə o, rəsmi "Facebook" hesabında paylaşım edib.
Bildirək ki, Təbriz Soltanlı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsində təhsil alır.
Xatırladaq ki, polkovnik-leytenant Rəşad Atakişiyev 2019-cu il iyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi ilə həyata keçirilən təlim-məşq uçuşları zamanı qəzaya uğrayıb. Təyyarən və pilotun axtarışı üçün Rusiya və Türkiyədən mütəxəssislər cəlb edilib. Avqustun 19-i təyyarənin qara qutusu, 20-i isə Atakişiyevin nəşi tapılıb. 21 avqustda Rəşad Atakişiyev ikinci Fəxri xiyabanda dəfn edilib.