Üç rayonun koronavirus xəstələri Mingəçevirdə saxlanıldı

ÖLKƏ
15:57 / 02.12.2020
750

Mingəçevir şəhərinin giriş hissəsində qurulan karantin postunda xidmət aparan polis əməkdaşları şəhərə daxil olmağa çalışan aktiv koronavirus xəstələri aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVID-19 testlərinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin olunan Ağdam rayon sakini Şahlar Yaqubov, Ağdaş rayon sakini Kəmalə Əhmədzadə və Bərdə rayonu sakini Xalid Məmmədov qaydaları pozaraq yaşadıqları ünvanları tərk ediblər. Onlar Mingəçevir şəhəri ərazisinə daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqları rayonlarda qeydiyyatda olduqları ünvanlara geri göndəriliblər.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

0