“İnterpol” tərəfindən “qırmızı bülleten”lə axtarışda olan PKK-çı Şanlıurfada saxlanılıb.
Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi tərəfindən terror təşkilatı PKK / KCK-PYD / YPG adına Suriyadan Türkiyəyə qanunsuz insan keçirən, onları silah, partlayıcı maddə, sursatla təmin edən şübhəli izlənilib.
Hüquq-mühafizə orqanları həmin şəxsin “İnterpol” tərəfindən axtarıldığını, Şanlıurfa 2-ci Sülh Məhkəməsi və İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən “silahlı bir terror təşkilatına üzv olmaq”da ittiham olunduğunu təsbit edib.
Ceylanpınar ərazisində həyata keçirilən əməliyyat zamanı M.Ş.K. saxlanılıb.
“Qafqazinfo”