Türkiyəni və ya Azərbaycanı günahlandırmıram - Araikin "müşaviri"

SİYASƏT
16:49 / 03.12.2020
1639

"Dağlıq Qarabağda baş verənlərlə bağlı ilk növbədə digər qüvvələrin yox, bizim günahkar olduğumuzu başa düşməliyik".

Bu barədə separatçı rejimin qondarma liderinin müşaviri David Babayan "Ria Novosti"ə verdiyi müsahibəsində bildirib.

"Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşma bizim üçün çox çətin oldu.  Baş verənlərlə digər qüvvələrin yox, bizim günahkar olduğumuzu başa düşməliyik. Mən hətta Türkiyəni və ya Azərbaycanı günahlandırmıram, çünki hər zaman dediyim kimi, onlar ən dürüst düşmənlərdir. Əsl niyyətlərini heç vaxt gizlətmirdilər. Hər zaman əsas məqsədlərinin Xankəndi, Şuşa və s. olduğunu deyirdilər", - deyə Babayan qeyd edib.

O, yeni müharibənin strateji hədəflərini anlamadıqlarını dilə gətirib: "Digər məsələ: bizim daxildə problemlərimiz oldu, özümüzə məğlub olduq. Bunu hər zaman nəzərə almalıyıq. Yeni müharibənin strateji mahiyyətini anlamadıq. Ancaq bu, müdafiə siyasətinin aparılması üçün ən vacib şərtlərdən biridir. Hərbi əməliyyatların çoxu, itkilərimizin çoxu təmassız oldu - insansız hava cihazları ilə".

0
Mediapost.az