Əsas itkilərimizi burada vermişik - Polkovnik

ÖLKƏ
10:56 / 04.12.2020
1749

Bu Qələbə 1988-ci ildən verdiyimiz bütün şəhidlərimizin və günahsız qurbanların qanını aldı, onların nahaq olmadığını isbat etdi.

Bu sözləri ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram şəhidlərimizlə bağlı deyib.

O bildirib ki, Müdafiə Nazirliyinin açıqladığı itki sayı – 2783 şəhid - sırf hərbi baxımdan, əməliyatların miqyasına, şiddətinə və nail olduğumuz nəticəyə görə məqbul sayıla bilər:

“Əsas itkilərimiz düşmənin mina-məftillənmiş, beton istehkamlarla və enli və dərin xəndəklərlə möhkəmləndirilmiş birinci müdafiə xəttini yararkən verilmişdi. Belə bir hazırlıqlı düşmən müdafiəsini yarmaq üçün 3-4 dəfə çox itki verə bilərdik”.

0