"Belə bir performansı Qarabağda hazırlayacağıma ümid edirəm".
Sfera.az xəbər verir ki, bu sözləri məşhur müğənni Sami Yusif sosial media hesabında yazıb.
Müğənni Heydər Əliyev adına Sarayda Əməkdar artist Təyyar Bayramovla birgə duet şəklində ifa etdiyi "Şəki Xan sarayı” musiqisindən olan görüntüləri paylaşımına əlavə edib.