Bu, ölümcül səhviydi - Köçəryan müharibədən danışdı

SİYASƏT
09:52 / 05.12.2020
2210

“Hər şey erməni tərəfinin iyul ayında Tavuşda sərhəd münaqişəsinə səbəb olması ilə başladı”.

“Sputnik Ermənistan" xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.

“Bir ay əvvəl baş qərargah rəisinin Ermənistanın müharibəyə hazır olmadığını məruzə etdiyini nəzərə alsaq, bu, ölümcül bir səhv idi”, - deyə o, bildirib.

Eks-prezident sentyabrın 27-də Qarabağda başlanan müharibəyə görə Ermənistan hakimiyyətini ittiham edib.

“Əminəm ki, hakimiyyət müharibəni qaçılmaz etmək üçün hər şeyi edib. İlk növbədə danışıqlar prosesi dalana dirəndi və bu bilərəkdən edildi. Qarşılıqlı təzadlı bəyanatlarımızla həmsədrlərin erməni tərəfinin nə istədiyini bilmədikləri bir vəziyyət yaratdıq.

Ermənistanın çıxılmaz vəziyyət yaratmaq üçün hər şeyi etdiyinə dair təəssürat yarandı. Müharibə danışıqların Ermənistan tərəfindən pozulduğuna heç kimin şübhəsi qalmadığı vaxtda başladı”, - deyə R.Köçəryan bildirib.

0
Modern.az