Ermənistanın sabiq prezidenti Robert Köçəryan verdiyi son açıqlama ilə maraqlı müzakirələrə yol açıb. Sabiq dövlət başçısının Türkiyə ilə bağlı söylədiyi fikirlər diqqətdən kənarda qalmayıb.
Ermənistanın təcavüzü nəticəsində sentyabrın 27-də başlayan müharibənin nəticələrini təhlil edən Köçəryan təkcə hərbi deyil, həm də diplomatik cəbhədə məğlub olduqlarını dilə gətirib.
O, jurnalistlərlə söhbət zamanı qeyd edib ki, Ermənistan danışıqlara mane olub. Hətta Türkiyəni birbaşa müharibəyə qoşmağa çalışıb, lakin buna nail ola bilməyib:
"Ermənistan etdikləri ilə Azərbaycana beynəlxalq legitimlik qazandırdı".
Yenisabah.az