Daha 6 şəhər və rayonda şəhid ailələri və əlillərə ev verildi

ÖLKƏ
14:36 / 05.12.2020
809

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm tarixi Zəfərin qürur və fərəhini yaşadığımız bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlərlə təminatı tədbirləri də davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "MediaPost"a bildirilib ki, nazirlik tərəfindən daha 6 şəhər və rayonda - Salyan, Goranboy, Sabirabad, Hacıqabul, Şirvan və Göyçayda 20 fərdi yaşayış evi həmin kateqoriyadan olan vətəndaşlara verilib.
Şəhid ailələri və müharibə əlillərinə 2020-ci ildə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və artıq 1000-i verilib.

Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev təqdim olunub. Bu proqram hazırda uğurla davam etdirilir.

0