Səngərdə general rütbəsi alan qəhrəman hərbçimiz Zadir Rzayev barədə sənədli film hazırlanıb.
Qaynarinfo xəbər verir ki, film "Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
"Komandir” adlı sənədli filmdə Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi hissəsinin komandiri, Cəbhə komandanı, Azərbaycan Respublikası Müdafiə nazirinin I müavini olmuş general-mayor Zadir Rzayevin keçdiyi döyüş və ömür yolundan bəhs olunur.
Zadir Rzayev Azərbaycanın ilk briqadasını, 701 saylı hərbi hissəsini yaradıb. O, general rütbəsini 1992-ci il, okyabrın 19-da səngərdə alıb. Oğlu Sərxan Rzayevin sözlərinə görə, atası Kəlbəcərə çox bağlı olub:
"Deyirdi ki, torpaqlar alınsın Kəlbəcərdə bir ev tikib orda yaşayacam. Ömrünün qalan hissəsini orada keçirmək istəyirdi. O arzu ilə də rəhmətə getdi”.
Döyüşçülərinin onun barəsində danışdığı hadisələrin hər biri bir əfsanə, bir qəhrəmanlıq dastanıdır.
Qaynarinfo Zadir Rzayev barədə hazırlanan "Komandir” sənədli filmini təqdim edir: