Barselona alimləri yeni elmi tədqiqatları nəticəsində koronavirusun ən erkən simptomunu açıqlayıblar.
HİT.Az Medicina.az-a istinadən xəbər verir ki, qoxubilmənin itməsindən də öncə yoluxanlarda burunun içində quruluq və xoşagəlməz hiss yaranır.
Sanki burnun içi susuz səhraya bənzəyir. Alimlər hesab edir ki, burun epitellərinin virusla zədələnməsi nəticəsində bu quruluq baş verir.
Epitel hüceyrələri xüsusi ferment sintez edir, virusun zülalı bu fermentlə birləşib, orqanizmin daha sağlam hüceyrələrinə keçib irəliləyir, ağciyər və mədə-bağırsağa keçir.
Ona görə qoxu bilmə itir ki, koronavirusla zədələnmiş hüceyrələr xüsusi seliyi ifraz etməyi dayandırır. Əgər burnunuz bir neçə gündür çox qurudursa, deməli,daxilə virus keçib.
Müəlliflər 35 koronavirus xəstəsini müşahidə edib, paralel olaraq digər sağlam qrupu nəzarətə alıb.
70% iştirakçı burnunda quruluq, soyuqluq, sankı havasızlıq hiss etdiyini deyib.
Bu simptom 10-12 gün davam edib. 10 gündən sonra koronavirusun erkən əlaməti olan qoxu bilmə itir. Deməli, erkən əlamət xeyli əvvəldən başlayır.
Ona görə asimptomatik və yüngül xəstələrdə diaqnostika və təcrid üçün burunda olan bu hissiyat və simptom əsas götürülə bilər.