Həsən Abdullayev vəfat etdi

İDMAN
09:16 / 07.12.2020
2133

Bu gün səhər saatlarında Yevlax futbolunun tanınmış siması, vaxtilə "Yunçu", "Avtomobilçi" klublarında top qovmuş və uşaq futbol məşqçisi olmuş Həsən Abdullayev 71 yaşında dünyasını dəyişib. 

HİT.Az Matc.az-a istinadən bildirir ki, Həsən Abdullayev uzun müddət Yevlaxda "Karvan" stadionun direktoru kimi çalışıb.

O, son illər "El TV"  kanalında Bəhruz Musayevlə futbol eksperti kimi çalışırdı. Pozitiv və gülərüz insan son günlər insultdan əziyyət çəkirdi.

0