Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA

İQTİSADİYYAT
11:17 / 07.12.2020
1500

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti milyonluq vergi borcu olan şirkətin tenderin qalibi seçməsi ilə bağlı məsələyə aydınlıq gətirib. 

Qurumun mətbuat xidmətindən "MediaPost"a bildirilib ki, əgər bəyəmnamə yenicə verilibsə və ödəniş edilməyibsə, 2 gün sonra vergi borcu yenidən yarana bilər:

"Bu dinamik bir şeydir. Yəni, tender keçirilən gün şirkətin vergi borcu olmaya bilər, daha sonra vergi borcu sistemdə görünə bilər. Amma tender keçirilən ana vergi borcu ola bilməz". 

Qeyd edək ki, Dövlət Vergi Xidməti  1,7 milyon manat vergi borcu olan “Caspel” MMC-ni oktyabrın sonunda keçirilən 12,8 milyon manatlıq MEEM yaradılması və digər İT xidmətlərinin alınması ilə bağlı tenderin qalibi elan etmişdi. "Dövlət Satınalmaları haqqında" Qanuna əsasən bu satınalma vergi borcunun olması ilə bağlı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, qanunun 6.2.5-ci maddəsinə əsasən tenderdə iştirak edək kommersiya qurumunun vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalıdır. Bundan əlavə, bir il ərzində gecikdirilmiş vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz.

1