“Gələcəyimiz rüşvətə bulaşmayan gənclərdən asılıdır” - Rafiq Əliyev

ÖLKƏ
11:33 / 07.12.2020
1673

“Nəfsimizi yığışdıra bilməsək bizi böyük bəlalar gözləyir. İnsan dəyişməlidir. Nəfsimizi özümüzə qul etməliyik”.

HİT.Az xəbər verir ki, bu barədə akademik Rafiq Əliyev “BakuPost”a videomüsahibəsində bildirib.

O, həbs olunan icra başçılarından, onların malikanələrindən, oradan çıxan pullardan, həmçinin mediada barəsində bəhs edilən məmurların malikanələrindən, onların davranışından söhbət açıb.

Akademik qeyd edib ki, bütün dünya rəqəmsal sivilizasiyaya gedir. Onun sözlərinə görə, 2030-cu ilə qədər bütün dünya universitetlərində təhsilin 50 faizi rəqəmsal – onlayn olacaq:

“Bəzilərimiz bunu başa düşmürük. İddia edirik ki, tələbə gedib laboratoriya görməlidir və sair. Bu gün dünyanın 30 faizi virtual həyatda yaşayır”.

Akademik müasir dünyada elmin Məkkəsinin Amerika olduğunu, dünyanın yüz reytinqli universitetlərinin 80-nin orada yerləşdiyini dilə gətirib.

Pandemiya dövründə tətbiq edilən qadağalara toxunan akademik deyib ki, evdə qal insanların Konstitutsiya hüquqlarımı pozur.

O, rəgəmsal dünya və süni intellektin gələcəyin inkişaf mərhəlisi olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, gələcəyimiz xaricdə təhsil almış rüşvət görməmiş gənclərimizlə olacaq.

Videomüsahibəni təqdim edirik:

0