Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək - Səfir

SİYASƏT
14:05 / 07.12.2020
1045

Bu il həm Ermənistan, həm də Azərbaycan üçün gərgin keçib, iyulda və payızda iki ölkə arasında açıq münaqişə baş verib.

"MediaPost" xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz “Twitter” səhifəsində yazıb.

Səfir bildrib ki, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu və Şuşa şəhərini geri qaytarıb, hər iki tərəf itkilərə məruz qalıb və əraziyə Rusiya qüvvələri yerləşdirilib.

Z.Qros əlavə edib ki, Fransa beynəlxalq qanunu, BMT Təhlükəsizlik Şurasını, ATƏT-in Minsk qrupunun prinsiplərini, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dstəkləməkdə davam edəcək.

0