Azərbaycan hökuməti Dünya Bankı ilə birgə dəmiryol yükdaşımaları və logistikanın təkmilləşməsinə yönəlmiş yeni layihə üzrə işləri davam etdirir.
HİT.Az Dünya Bankına istinadən xəbər verir ki, "Azerbaijan Railways & Logistics Modernization" proqramı çərçivəsində layihənin ümumi dəyəri 800 milyon dollara çatır ki, bunun təxminən 50 faizini Dünya Bankı ayıracaq. Məbləğin qalan hissəsi Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
Qeyd edək ki, ötən il Dünya Bankı və "Azərbaycan Dəmir Yolları" QSC "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-Astara dəmiryol xəttinin rekonstruksiyası layihəsinin maliyyələşdirilməsində bankın rolunu müzakirə etmişdilər.