Yerevanda Paşinyanın istefasını tələb edən aksiyaçılar saxlanıldı - FOTOLAR

SİYASƏT
20:38 / 08.12.2020
1045

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar davam edir.

növbəti aksiyalardan biri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin binası önündə keçirilib. Nümayişçilər özləri ilə simvolik olaraq saat və ətir gətirərək Paşinyanı daha çox itirdiyi bu əşyaların maraqlandırdığını bildiriblər.

Mitinqlərdə ictimai-siyasi şəxslər, fəallar, vəkillər və başqaları iştirak edirlər. Polis küçələri bağlamağa çalışan mitinq iştirakçılarını saxlayıb.

Xatırladaq ki, Nikol Paşinyan ötən ay “Facebook” səhifəsində iqamətgahında oğurluq olduğunu, kompüter, ətir və saatının oğurlandığını yazmışdı. O, bu məlumatı “Təbii ki, Vətən uğrunda” sözləri ilə paylaşmışdı.

Qeyd edək ki, Ermənistan müxalifəti 10 noyabr bəyannaməsini imzaladığı üçün Nikol paşinyanın istefasını tələb edir. Onlar baş nazirə istefaya getməsi üçün bu günədək vaxt qoymuşdular. Paşinyana verilən müddət bitdiyindən müxalifət bu gün vətəndaş itaətsizliyi çağırışı edərək yenidən aksiyalara başlayıb.

0
Qafqazinfo.az