Adil Qeybulla virusun artma səbəbini AÇIQLADI

ÖLKƏ
19:30 / 09.12.2020
1044

İlin əvvəlindən başlayan koronavirus (COVİD-19) pandemiyası yay aylarında səngisə də, hazırda soyuq havaların gəlməsi ilə virus sürətlə artmağa davam edir. Yoluxmanın artması ilə TƏBİB həyəcan təbili çalır, karantin sərtləşdirilir.

“Pandemiyanın ikinci dalğasında insanlar karantin qaydalarına ciddi əməl etməlidirlər”.  

Bunu Modern.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla virusun sürətlə artması haqqında danışarkən deyib.

O qeyd edib ki, yoluxmanın artmasının səbəbi qələbə yürüşlərində qaydalara əməl olunmamasıdır:

“Biz bu günlərdə koronavirus (COVİD-19) pandemiyasının ən pik nöqtəsindəyik. Vəziyyət heç də ürəkaçan deyil. İnfeksiyaya yoluxanların və ölənlərin sayı günü-gündən getdikcə artır. İnsanlar bunu nəzərə alıb, karantin qaydalarına əməl etməlidir.

Zəfər yürüşləri zamanı insanlar karantin qaydalarını nəzərə almadılar. Qaydalara əməl olunmadığı üçün ölkəmizdə sərt karantin tətbiq olundu. Yoluxma zəncirini qırmaq üçün tədbirlər görülməlidir”.

0