Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

ÖLKƏ
14:01 / 09.12.2020
3181

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev koronavirusa yoluxub.

Bu barədə baku.ws-ə Anar Qədiməliyev özü məlumat verib.

Onun sözlərinə görə, hazırda ev şəraitində müalicə alır.

"Hazırda ev şəraitində müalicə alıram. Müalicəmin onuncu günüdür. Şükürlər olsun, səhhətim normaldır, müalicə prosesim davam edir", - deyə idarə müdiri bildirib.

Məlumat üçün qeyd edək ki, Anar Qədiməliyev cari ilin iyul ayının 20-dən Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsini icra edir.

0