Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərindən öncə Esenboğa Hava Limanında jurnalistlərə açıqlamalar verib.
“Hürriyət”in xəbərinə görə, Ərdoğan bildirib:
“Qarabağı işğaldan azad edən şəhidlərə Allahdan rəhmət diləyirəm. Türkiyə olaraq bu haqlı mübarizəyə dəstək göstərdik.
44 gün davam edən ağır mübarizə sayəsində bu gün ulduz və hilal Qarabağ səmalarında dalğalanır.
Millətimiz və azərbaycanlı qardaşlarımız 30 illik haqsızlığa son qoyulmasının sevincini yaşayır. Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək. Azərbaycan xalqının haqlı sevincinə ortaq olacağıq.
Qarşıdakı dövrdə atılacaq addımlar barədə fikir mübadiləsi aparacağıq”.
Qafqazinfo.az