Azərbaycanda daha bir yüksək vəzifəli məmur koronavirusdan öldü

ÖLKƏ
10:20 / 10.12.2020
1131

Sumqayıtda yüksək vəzifəli məmur koronavirusdan vəfat edib.

Oxu.Az-ın məlumatına görə, Sumqayıt Sukanal İdarəsinin rəisi İlqar Abdullayevə bir müddət öncə koronavirusa yoluxub. 

Virusla mübarizə aparmasına baxmayaraq, xəstəlik səbəbindən komaya düşüb. Həkimlərin bütün cəhdlərinə rəğmən vəziyyəti ağırlaşan İ. Abdullayev müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, İ.Abdullayev 2019-cu ilin martından bu vəzifədə çalışırdı.

2