Ermənistanın müstəqilliyi təhdid altındadır - Seyran Ohanyan

DÜNYA
17:45 / 10.12.2020
1357

“Bu hakimiyyət və onun lideri tezliklə istefa verməsə Ermənistanın müstəqilliyi, sərhədlərinin toxunulmazlığı və əhalisinin mövcudluğu təhlükə altına düşəcək”. 

Bu sözləri Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan deyib.

"Baş nazir Nikol Paşinyan Ermənistan konstitusiyasının ona verdiyi səlahiyyətləri layiqincə yerinə yetirə bilməməsi, ermənipərəst dövlət siyasəti yürütməməsi, səmərəsiz rəhbərliyi, vətəndaşlar arasında parçalanmaya səbəb olması və uğursuz xarici siyasət üzündən ölkəni güclü ordu ilə məğlubiyyətə uğrayan müharibəyə sürüklədi”, - deyə Ohanyan vurğulayıb.

0
Yenisabah.az