Kreativ ideyanın kimə məxsus olduğu bilindi - FOTOLAR

ÖLKƏ
09:29 / 11.12.2020
2280

Xəbər verdiyimiz kimi, Zəfər paradında Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü avtomobillərin nömrə nişanlarından hazırlanmış instalyasiya nümayiş olunub.

"Qafqazinfo" xəbər verir ki, instalyasiya sosial şəbəkələrdə maraqla qarşılanıb və günün ən çox paylaşılan şəkli olub.

Məlumat üçün bildirək ki, bu, Heydər Əliyev Fondunun ideyası olub. Fondun sosial şəbəkə hesablarında qeyd olunub:

"Heydər Əliyev Fondunun Zəfər paradına kreativ töhfəsi. Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu instalyasiyanın üzərinə həkk olunan "Qarabağ Azərbaycandır!" şüarı  ilə bir daha bəyan edilir".

Xatırladaq ki, 90-cı illərin əvvəllərində Kəlbəcərdə mülki əhalinin məcburi köçkün düşərkən qoyub gəldiyi avtomobillərin üzərindən açılmış nömrələrlə ermənilər divar hörmüşdü.

0