Eldar Həsənov özünə yeni vəkil tutdu

ÖLKƏ
13:18 / 11.12.2020
1357

Sabiq baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov özünə yeni vəkil tutub.

E.Həsənovun bundan sonra hüquqlarını vəkil Abbas Atakişiyev müdafiə edəcək.
Nəzərinizə çatdıraq ki, sabiq səfirin vəkili Adil İsmayılov bir müddət öncə koronavirusdan dünyasını dəyişmişdi.

Qeyd edək ki, Eldar Həsənov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərində sui-istifadə etmə və büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə maddələri ilə ittiham olunur.

O, Bakıda həbs olunmuşdu.

0
unikal.org